"Keşlə"dən daha iki transfer

"Keşlə" klubu heyətinə daha iki oyunçu qatıb.

Sportline.az xəbər verir ki, xorvatiyalı futbolçu İqor Yovaniviç və 21 yaşadək futbolçulardan ibarət seçməmizin üzvü Ziya Əzizov yeni mövsümdən paytaxt klubunun şərəfini qoruyacaq.

Rumınıya klubu "Sepsi"dən ayrılan və azad agent statusu daşıyan Yovanoviç "Keşlə" ilə müqavilə şərtlərini razılaşdırıb. Bu həftə ərzində Bakıya gələcək 30 yaşlı mərkəz müdafiəçisi münasibətləri rəsmiləşdirəcək. Onunla 1 illik saziş imzalanacaq.

Yarımmüdafiəçi mövqeyində çıxış edən və son klubu "Neymegen"in gənclər komandası olan Ziya Əzizovun müqavilə müddəti isə 1+1 il olacaq.

Qeyd edək ki, "Keşlə" buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov və Franko Floresi transfer etmişdi.