“Keşlə”nin Antalya toplanışı davam edir
Topaz Premyer Liqasının ikinci dövrəsinə Antalyada hazırlaşan “Keşlə” bu gün də məşqləri davam etdirib. SportLine.az saytının məlumatına görə, paytaxt təmsilçisi günü iki məşqlə başa vurub.
“Riu Kaya-Belek” otelinin məşq meydançasında baş tutan hazırlıq prosesində komanda isinmə hərəkətləri, fiziki təmrinlərin ardından topla çalışıb.
Komandanın heyətində zədəli oyunçu yoxdur.
Qeyd edək ki, "Keşlə" Antalyada 4 yoxlama görüşü keçirəcək.