"Keşlə"nin baş məşqçisi istefa məsələsinə münasibət bildirib

"Keşlə" klubunun baş məşqçisi Yuri Maksimov, ötən tur "Neftçi"yə məğlubiyyətdən sonra istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib.  

Sportline.az xəbər verir ki, ukraynalı mütəxəssis "CBC Sport" kanalına açıqlamasında belə deyib: "Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim".