"Keşlə"nin legioneri millidə
"Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Syerra-Leone millisinə dəvət alıb.
Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün yığmaya çağrılıb.
Syerra-Leone noyabrın 11-də Lesoto ilə, 1 həftə sonra Beninlə qarşılaşacaq.