"Keşlə"nin legionerindən pis xəbər

“Keşlə”nin futbolçusu Miyusko Boyoviç ili erkən başa vurub.

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov bildirib. Onun sözlərinə görə, 31 yaşlı monteneqro müdafiəçi Premyer Liqanın XIII turunda “Sumqayıt”ı evdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda xəsarət aldığı üçün sıradan çıxıb.

Matçın 16-cı dəqiqəsində qol vurduqdan sonra zədələnən Boyoviç fasilədən sonra yerini Rəşad Sadiqova verib.

Qeyd edək ki, “Keşlə” dekabrın 6-da Premyer Liqanın XIV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Komanda həmçinin 15/16 və 19/20 dekabrda Ağdam təmsilçisi ilə Azərbaycan Kubokunun ilk və cavab oyunlarına çıxacaq.