"Keşlə"nin rəqibi məğlub oldu
Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"yə rəqib olan "Baltsan” yoxlama matçına çıxıb.
Sportline.az xəbər verir ki, maltalıların rəqib Xorvatiyanın "Riyeka" komandası olub. Qarşılaşma "Riyeka"nın 2-1 hesablı qələbəsi ilə başa çatıb. "Baltsan"ın yeganə qolunu 54-cü dəqiqədə Miloş Lepoviç vurub.
Qeyd edək ki, "Keşlə" "Baltsan"la ilk görüşü, iyulun 12-də səfərdə, cavab oyununu isə, iyulun 19-da evdə keçirəcək.