"Keşlə"nin sabiq üzvü Latviya komandasında

“Keşlə” ilə yollarını ayıran litvalı futbolçu Edvinas Girdvainisin yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, 26 müdafiəçi Latviyanın RFS klubuna transfer olunub. Bu barədə Riqa təmsilçisinin rəsmi Feysbuk səhifəsi  məlumat yayıb.

Qeyd edək ki, Litva  millisinin üzvü olan Girdvainis son mövsümdə “Keşlə”nin heyətində 18 oyunda iştirak edib.