"Keşlə"nin son rəqibi də bilindi

Antalyada təlim-məşq toplanışı keçən "Keşlə"nin son rəqibi də məlum olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tərlan Əhmədovun komandası yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi “Dinamo” (Vranye) ilə qarşılaşacaq. Oyunun “Riu Kaya Belek” otelinin meydançasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan “Keşlə” "Dinamo"dan sonra, yanvarın 23-də Rumıniyanın "Konkordiya" və 25-də Rusiyanın "Çertoanovo" klubları ilə qarılaşacaq.