"Keşlə" Bakıya qələbə ilə dönür

Antalyada təlim-məşq toplanışında olan "Keşlə" bu gün sonuncu yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Rusiyanın "Çertanovo" kollektivi olub.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb.

Əvvəlki üç matçında 1 dəfə heç-heçə edib, 2 dəfə məğlub olan "Keşlə" ilk qələbəsini qazanmağa çalışacaq.

25 yanvar 2019
Yoxlama oyunu

"Keşlə" (Azərbaycan) - “Çertanovo” (Rusiya) - 1:0
Antalya, Türkiyə