"Keşlə"nin yeni baş məşqçisi rəsmiləşdi

"Keşlə" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı məşqçi Mladen Milinkoviçlə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, 50 yaşlı məşqçi son olaraq "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Kukesi" klubunu çalışdırıb.