"Keşlə"nin yoxlama matçının başlama vaxtı

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə"nin ilk yoxlama matçının vaxtı məlum olub.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 31-də Türkiyə I Liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. "Bolu Koru Hotels Spa & Convention" otelinin stadionunda keçiriləcək oyun 17:00-da başlayacaq.

"Keşlə"nin növbəti iki yoxlama oyunun da vaxtı açıqlanacaq.