"Keşlə"yə kubok qazandıran məşqçi Ukraynada

"Keşlə" komandasının sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.

Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ukrayna Premyer Liqasında çıxış edən "Vorskla"nın sükanı arxasına keçib. O, Poltava klubunda istefaya göndərilmiş Vitali Kosovskini əvəzləyib.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümündə "Keşlə"yə Azərbaycan kubokunu qazandırıb.