Keynin əvəzinə Levandovski

Yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdıran "Real" Robert Levandovskiyə elçi düşüb. 

SportLine.az "Independent"ə istinadən xəbər verir ki, bundan öncə Harri Keyni transfer etmək barədə düşünən "kral klubu" "Tottenhem"lə razılığa gələ bilməmişdilər. Madridlilər mövsümün sonunda da London klubundan "hə" cavabı almsa, "Bavariya" ilə danışıqlara başlayacaqlar.

Qeyd edək ki, polşalı hücumçunun da "Bavariya"dan ayrılmaq istədiyi bildirilir.