Kikboksçumuz həyat yoldaşı ilə rinqə çıxdı
Azərbaycan kikboks üzrə millisinin qadın üzvü Nehir Rəcəbzadə 4 aylıq fasilədən sonra həyat yoldaşı Bəhram Rəcəbzadə ilə birlikdə məşqlərə başlayıb.
Sportline.az xəbər verir ki, N.Rəcəbzadənin həyat yoldaşı ilə birlikdə rinqdə məşqi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb. Hazırda Türkiyə də olan millimizin üzvləri, məşqlərini orada davam etdirirlər.
Avropa və dünya çempionu, k-1 üzrə beynəlxalq yarışların qalibi tanınmış kikboksçu Bəhram Rəcəbzadə kişilərdən ibarət millimizin üzvüdür. N.Rəcəbzadə isə qadınlardan ibarət milli komandamızın tərkibində çıxış edir.
Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. O əslən cənubi Azərbaycandan olan "Altın Qurd" ləqəbli tanınmış kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadənin həyat yoldaşıdır. Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.(unikal.org)