"Kimyaçılar"ın Antalyadakı rəqibləri müəyyənləşdi
"Sumqayıt" komandası hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək.
Sportline.az xəbər verir ki, təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.