Kintana qolu qaydalar çərçivəsində vurub

Topaz Premyer Liqasının 15-ci turunun, “Qarabağ” - “Neftçi” oyununda (1:1) mübahisəli epizod yaşanmışdı.

Sportline.az xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində  meydan sahiblərinin futbolçusu Dani Kintananın hesabı açdığı epizodda, oyundankənar vəziyyət olduğu haqda fikirlər səsləndirilirdi.

Peşəkar Futbol Liqasının təqdim etdiyi həmin epizodun videogörüntülərində, ötürmə anında Kintananın ofsaydda olmadığı təsdiqlənir: