Kintanadan uğurlu göstərici: 2-ci oldu

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra futbolçuların performans göstəriciləri açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın ən yaxşıları bəlli olub. Ağdam klubunun üzvləri arasında ən yüksək indeksə Dani Kintana malikdir. 5108 xalı olan ispaniyalı yarımmüdafiəçi ümumi sıralamada 2-cidir. 32 yaşlı yarımmüdafiəçi yanlız "Sevilya"da çıxış edən Franko Vaskesdən geri qalır. Onun balı 5542-dir.

"Qarabağ"ın ikincisi 2290 xalla 66-cı sırada qərarlaşan Abdullah Zubirdir. Ağdamlıların heyətində üçüncü ən yaxşı indeks balına sahib olan Miçel 2661 xalla 95-cidir.

Dani Kintana "Düdelanj"la oyunda 1 qol vurub, 1 assist etmişdi. İspan futbolçu ötən gün APOEL-lə oyunda da eyni performansı göstərib.