Kintananın durumuna aydınlıq gətirildi

"Qarabağ"ın APOEL-lə səfər matçında (1:2) zədələnən Dani Kintana və Miçelin durumuna aydınlıq gətirilib. 

Sportline.az xəbər verir ki, görüşün 16-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kintana, 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Oyunun 83-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk edən Miçelin isə durumu ciddi deyil.

Qeyd edək ki, hər iki futbolçunun əzələsi dartılıb.