Kirilo Petrov 3 həftə yaşıl meydanlardan kənarda

"Neftçi"nin zədəli futbolçusu Kirilo Petrovdan xəbər var.

Sportline.az xəbər verir ki, Topaz Premyer Liqasında 25-ci turun "Sabah”la oyununda zədələnərək əvəzlənən Kirilo Petrovun vəziyyətinə aydınlıq gətirilib. Tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq.

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.