Klopp ardıcıl 2-ci dəfə "ən yaxşı" oldu

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Liverpul"un çalışdırıcısı Yurqen Klopp birinci olub. 52 yaşlı mütəxəssis ardıcıl 2-ci, ümumilikdə isə 5-ci dəfə bu mükafatı qazanıb. Qalib azarkeşlərin və mütəxəssislərin səsverməsi nəticəsində seçilib.

Qeyd edək ki, namizədlər arasında Kloppdan başqa "Çelsi"nin baş məşqçisi Frenk Lempard, "Lester"in çalışdırıcısı Brendan Rodcers və "Bornmut"un baş məşqçisi Eddi Hay da olub.