Klub prezidentinə ağır cəza verildi
Yunanıstanın PAOK klubunun prezidenti İvan Savvidiyə ağır cəza verilib.
Sportline.az xəbər verir ki, PAOK - AEK matçında meydana silahla daxil olan Savvidiyə 3 il futbol matçını canlı izləmək qadağan edilib.
Xatırladaq ki, o, qarşılaşmanın son dəqiqələrində hakimin verdiyi qərara etiraz olaraq bu addımı atıb. PAOK oyunun son dəqiqələrində qol vursa da, referi oyundankənar vəziyyətə görə onu qeydə almayıb.