Klub prezidentinə şok cəza

Rusiya Futbol İttifaqı SSKA-nın prezidenti Yevgeni Qinerə sərt cəza tətbiq edib.

Sportline.az xəbər verir ki, Moskva klubunun prezidenti 3 ay müddətində futbol fəaliyyətindən uzaqlaşdırıb.

Qərarın verilməsinə Qinerin Rusiya Futbol İttifaqının Hakim və İnspektorlar Departamentinin sədri Aleksandr Yeqorovu təhqir etməsi göstərilib. O, “Krasnodar”la Premyer Liqa matçından (1:1) sonra hakimlikdəki problemlərə görə Yeqorovu “bitmiş alçaq” adlandırıb və ona özünü güllələməyi təklif edib.