Klub rəsmisi özünü federasiya binasına zəncirlədi

Argentinada mübarizə aparan "Sarmiento de Resistancia" klubunun vitse-prezidenti Gerardo Eskobar maraqlı addımla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, klub rəsmisi komandasının yüksək liqaya çıxmaq üçün "Estudiantes" klubu ilə görüşündə hakim haqsızlığına etiraz edib.

O, bunun üçün özünü Argentina Futbol Federasiyasının binasına zəncirləyərək diqqətləri üzərinə çəkib.