Klublar Komitəsinin növbəti toplantısı olacaq

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb.

Sportline.az xəbər verir ki, toplantı aprelin 16-da AFFA-nın inzibati binasında təşkil olunacaq. İclas saat 10:00-da başlayacaq.

Bu, Klublar Komitəsinin bu il üçüncü iclası olacaq. Komitənin hazırkı sədri "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevdir.