Klublar Komitəsinin sədri nə vaxt müəyyənləşəcək?

AFFA Klublar Komitəsinin (KK) növbəti iclasının vaxtı müəyyənləşib. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığıncaq fevralın 22-də baş tutacaq.

Komitə nümayəndələri AFFA-nın inzibati binasında bir araya gələcək.

Saat 10:00-da başlayacaq iclasın gündəliyinə Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxil olunub.