Klublar Komitəsinin toplantısı olacaq

Martın 12-də AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İclasın saat 10:00-da başlanacağı bildirilir.

Qeyd edək ki, hazırda Klublar Komitəsinin sədri "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdir.