Klublararası dünya çempionatı başlanır

Bu gün Qətərdə klublararası dünya çempionatı başlanır.

Sportline.az xəbər verir ki, yarışda 7 komanda iştirak edəcək.

UEFA Çempionlar Liqasının qalibi “Liverpul” və Libertadores kubokunun sahibi “Flamenqo” mübarizəyə yarımfinal mərhələsindən qatılacaq.
Bu gün keçiriləcək açılış matçında ev sahibi -  Qətər çempionu “Əl Sədd” Okeaniyanın ən güclüsü Yeni Kaledoniyanın “İanqen” komandası ilə üz-üzə gələcək.