Klublarımızdan 4 qollu heç-heçə

Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Zirə” və “Keşlə” komandaları yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Zirə İdman Kompleksində üz-üzə gəlib. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 2:2.


Yoxlama oyunu

“Zirə” – “Keşlə” – 2:2
Qollar: S. Alxasov, 6 (0:1), E.Mehdiyev, 21 (0:2), S.Norde 38 (1:2), N.Süleymanov, 39 (2:2)