Klublarımızın Avroliqadakı bütün potensial rəqibləri

Azərbaycanı növbəti mövsüm UEFA Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Keşlə"nin I və II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 

SportLine.az xəbər verir ki, ilkin mərhələdə klublarımız "səpələnmişlər" səbətində yer aldığından nisbətən zəif rəqiblərlə qarşılaşacaq.

“Səpələnmişlər” və “səpələnməmişlər” səbətində hər birində 47 olmaqla ümumilikdə 94 komanda yer alıb.

Komandalarımızın potensial rəqiblərinə gəlincə, «Vаduts» (Lixtenşteyn), «Levadiya» (Estoniya), «Milsami» (Moldova), «Stuarnan» (İslandiya), «Birkirkara» (Malta), «Ferensvaroş» (Macarıstan), «Kliftonvill» (Şimali İrlandiya), «Dunayska Sreda » (Slovakiya), «Buduçnost» (Çernoqoriya), «Şiroki Briyeq» (Bosniya və Herseovina), «Partizani» (Albaniya), «Çixuta» (Gürcüstan), «Zarya» (Moldova), «Petrokub» (Moldova), «Trakai» (Litva), «Lyuftetari» (Albaniya), «Luaçi» (Albaniya), «Vestmannayuar» (İslandiya), «Uypeşt» (Macarıstan), «Hоnved» (Macarıstan), «Liepaya» (Latviya), «Avropa» (Cəbəllütariq), «Torchanv» (Farer adaları), «Şkupi» (Makedoniya), «İlves» (Finlandiya), «KuPS» (Finlandiya), «Laxti» (Finlandiya), «Derri Siti» (İrlandiya), «Şemrok Rovers» (İrlandiya), «Samtredia» (Gürcüstan), «Folqore» (San-Marino), «Riqa» (Latviya), «Trans» (Estoniya), «Stumbras» (Litva), «Bala Taun» (Uels), «OFK» (Çernoqoriya), «Baltsan» (Malta), «Qzira Yunayted » (Malta), «Proqres» (Lüksemburq), «Rasinq Yunion» (Lüksemburq), «Qlenavon» (Şimali İrlandiya), «Kolreyn» (Şimali İrlandiya), «Konna `sKuay» (Uels), «Runavik» (Farer adaları) komandaları Avropa Liqasının təsnifat mərhələsində təmsilçilərimizə rəqib olacaq.

Yarışın püşkatması iyunun 19-da təşkil olunacaq. Birinci mərhələsinin oyunları isə iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.