Klublarımızın Avropa kubokundakı rəqibləri məlum oldu
Azərbaycanı avrokuboklarda təmsil edən "Abşeron Lions" və "Neftçi" basketbol klublarının Avropa Kubokundakı rəqibləri məlum olub.
Sportline.az xəbər verir ki, Almaniyanın paytaxtı Münhendə müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falco" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.
"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü olub. "Neftçi" isə gümüş medal qazanıb. Təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək, müntəzəm mövsümün oyunları isə daha sonra elan ediləcək.