Komandamız İspaniya millisinə uduzdu

Avropa Qızıl Liqasında iştirak edən qadın voleybolçulardan ibarət Azərbaycan seçməsi 2-ci turda İspaniya millisi ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Bakıda Voleybol Mərkəzində keçirilən oyunda qonaqlar inamlı qələbə qazanıblar - 0:3 (21:25, 24:26, 14:25).

Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə Belarusa uduzub - 2:3.