Komandamız Moldova ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası moldovalı yaşıdları ilə yoxlama oyunları keçirəcək. 

Sportline.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Komandaların oktyabrın 23 və 25-də üz-üzə gələcəyi bildirilir. Hər iki oyun Vadul luy Vode şəhərində keçiriləcək.