Komandamız Norveçə uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. Komandamız Norveçin müvafiq yaş qrupundan ibarət seçməsi ilə qarşılaşıb. Yekunda Azərbaycan futbolçuları minimal hesabla məğlub olublar.

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayıb.

Avropa çempionatının seçmə mərhələsi, 7-ci qrup

9 oktyabr

17:00. Azərbaycan - Norveç

Qol: Elnur İbrahimov, 6 (avtoqol)

Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)

Fridek-Mistek, "Stovki" stadionu