Komandamızdan ardıcıl 3-cü məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.

Sportline.az xəbər verir ki, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qazaxların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə uduzub.

19 noyabr

16:00. Azərbaycan - Qazaxıstan - 0:2
Qollar:
 Dias Kuşkumbayev, 3, Rahimcanov, 85
Baş hakim: Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu.