Komandamızın heyəti və rəqibi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olacaq.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız hazırlıq prosesində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Matçlar iyunun 13-də və 15-də olacaq.

Artıq U-17-nin toplanış üçün heyəti açıqlanıb. Toplanışa dəvət olunmuş futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq.

Hazırlıq prosesində iştirak edəcək futbolçular:

Elgün Bayramov (Neftçi), Eldar Tağızadə (Fundacion Marcet, İspaniya), Amin Ramazanov (Lokomotiv, Moskva), Rəşad Həsənov (Keşlə), Cəlal Hüseynov (Zirə), Raqib Abışov (Sabah), Nikita Pesotski (Çertanovo, Moskva), Ülvi Mədətov (Qəbələ), Zöhrab Əsədov (Qarabağ), Mirəli Əhmədov (Neftçi), Elnur Mirzəyev (Zirə), Nihad Cəfərov (Neftçi), Rauf Rüstəmli (Qəbələ), Sənan Aslanov (Turan Tovuz), Musa Musazadə (Qarabağ), Vüsal Qənbərov (Sabah), Vüsal Əliyev (Zirə), Fidayi Əzizli (Qarabağ), Fərman Teymurov (Atlet, Ukrayna), Kamal Kazımov (Keşlə), Mehrac Baxşəliyev (Qəbələ), Nurəli Nurəliyev (Zirə), Mirmövsüm Canıyev (Qarabağ), Ayxan Cabbarov (Qöteborq, İsveç).