Komandamızın heyətində dəyişiklik

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, Fərman Teymurovun (“Atlet” Ukrayna) əvəzinə hazırlıq prosesinə “Keşlə” klubunun üzvləri Vaqif Həsənov və Abil Abilov dəvət olunub.