Komandamızın rəqibi heç-heçə etdi

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Slovakiya komandası yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, slovakiyalılar Paraqvay millisi ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Slovakiyanın heyətində Robert Bojenik, Paraqvayda isə Alexandro Romero Qammara fərqlənib.

Slovakiya millisi Avro-2020-nin seçmə mərhələsinin son oyununu Azərbaycana qarşı keçirəcək. Görüş noyabrın 19-da, Slovakiyada olacaq.