Komandamızın rəqibi üçün ciddi problem

Xorvatiya seçməsi və “Barselona” ciddi itki ilə üzləşib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İvan Rakitiç sıradan çıxıb. O, Kataloniya klubunun son məşqidə zədə alıb.

31 yaşlı yarımmüdafiəçinin bir müddət meydana çıxa bilməyəcəyi bildirilir. O, Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyunda da Xorvatiyaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Xorvatiya komandssı seçmə mərhələdə millimizlə eyni qrupda yer alıb.