Komandamızın üzvü Portuqaliya klubuna qol vurdu
Milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliyanın "Eştoril" klubu yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, Sequnda təmsilçisi Səudiyyə Ərəbistanı çempionu "Əl-Nəsr"lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
"Eştoril"in 2-ci qolunu Renat vurub.