Komandası qol buraxdı, Şeydayev əvəzləndi

Millimizin üzvü Ramil Şeydayev şərəfini qoruduğu "Krılya Sovetov"da növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Samara komandası 24-cü turda Moskva "Dinamo"unun qonağı olub. 67-ci dəqiqədə meydan sahiblərindən Kiril Pançenkonun qolu komandasına qələbə qazandırıb. 

Oyuna "ilk 11-lik"də başlayan Ramil Şeydayev komandasının buraxdığı topdan sonra əvəzlənib. Aktivində 27 xal olan "Krılya Sovetov" 12-ci pillədə qərarlaşıb.