Komandası uduzdu, özü "ən yaxşı" seçildi
DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Danimarka duelinin ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Danimarkanın qapıçısı Kasper Şmayxel "matçın ən yaxşısı" olub.
Qeyd edək ki, Danimarka penaltilər seriyasında mübarizəni dayandırsa da, K.Şmayxel 116-cı dəqiqədə Luka Modriçin yerinə yetirdiyi 11 metrlik zərbəni zərərsizləşdirib. Penaltilər seriyasında isə qapıçı iki zərbə dəf edib.