Kosovo millimizi belə qarşıladı
21 yaşadək futbolçulardan ibarət seçmə komandamız sabah Avropa Çempionatının seçmə mərhələsində Kosovonun qonağı olacaq.
Sportine.az xəbər verir ki, komandamızın oyunqabağı məşqi əvvəlcədən nəzərdə tutulduğu kimi matçın keçiriləcəyi meydançada olmayacaq.
Mitrovitsa şəhərinə yağan güclü qar səbəbindən məşq Adem Yaşari Olimpiya Stadionunun süni ot örtüklü meydançasında olacaq.
Qeyd edək ki, Kosovo – Azərbaycan matçı sabah saat 22:00-da başlanacaq.