Kosovo millisi Azərbaycana qarşı bu heyətlə oynayacaq

Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə  oyunlar üçün heyəti açıqlanıb.

SportLine.az Kosovo Futbol Federasiyasının saytına istinadən xəbər verir ki,  baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib. 

Qapıçılar: Samir Uykani ("Rizəspor"), Faton Maloku ("Kukesi"), Visar Bekay ("Priştina");

Müdafiəçilər: Armi Rrahmani ("Dinamo", Zaqreb), Fidan Aliti ("Skenderbeu"), Mergim Voyvoda ("Muskron"), Ardian İsmajli ("Hayduk"), Kastriot Dermaku ("Kosenza"), Leart Paqarada ("Sandhauzen"), Benjamin Kololli ("Sürix"), Jetmir Krasniqi ("Luqano"), Arbenit Xhemayli ("Ksamaks");

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix"), Herolind Şala ("Start"), İdriz Voka ("Lüzern"), Bernard Berişa ("Axmat"), Arber Zeneli ("Heerenveen"), Milot Reşika ("Verder"), Edon Zegrova ("Genk"), Bersant Kelina ("Suonsi");

Hücumçular: Elbasan Raşani ("Odds"), Donis Avdiyay ("Villem II"), Vedat Muriqi ("Rizəspor"), Adhe Nuhiu ("Şeffield").

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.