Kosovo millisinin heyətində dəyişiklik edilib
UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Kosovo seçməsinin heyətində dəyişiklik edilib. SportLine.az Kosovo Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Xorvatiyanın "Hayduk" (Split) klubunda çıxış edən Ardian İsmayli komandanın düşərgəsindən ayrılaraq U-21 millisinin heyətinə cəlb olunub. Onu Danimarkanın "Bröndbü" klubunda oynayan Besar Halimi əvəzləyib.
Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlayacaq.