Kosovonun baş məşqçisinin emosional danışığı diqqət çəkdi

Kosovo millisinin baş məşqçisi Bernard Şalland İngiltərə ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında həddindən artıq emosionallığı ilə diqqət çəkib.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis öncə sakitcə qarşıdakı görüş barədə fikirlərini bölüşüb. İsveçrəli baş məşqçi daha sonra yersiz hərəkətlər edib və qışqırmağa başlayıb.

Şalland matçla bağlı bunları söyləyib: "İngiltərə ilə görüşdə qalib gəlmək bizim arzumuzdur. Ümid edirəm ki, bu qarşılaşma kabusa çevirilməyəcək. Oyunçularımız ulduz olmaya bilər, amma hər kəs bu komanda üçün oynamağa və bunun üçün mübarizə aparmağa hazırdır".

Qeyd edək ki, sentyabrın 10-da keçiriləcək İngiltərə - Kosovo matçı saat 22:45-də başlanacaq.