Kovaçiç birdəfəlik "Çelsi"də

"Çelsi" müqavilə ilə "Real"a məxsus olan Mateo Kovaçiçi birdəfəlik alıb.

Sportline.az xəbər verir ki, ötən mövsüm London təmsilçisində icarə əsasında oynayan xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı "Çelsi"nin 25 yaşlı oyunçu üçün Madrid klubuna 45 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Kovaçiç ötən mövsüm 51 matçda 2 qolun ötürməsini verib.