Kovaçın "Arsenal" arzusu

“Bavariya”nın sabiq baş məşqçisi Niko Kovaç “Arsenal”ı çalışdıra bilər. O, özü bu posta keçməkdə maraqlıdı.

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq xorvatiyalı mütəxəssisin nümayənədələri “Arsenal” rəhbərliyi ilə əlaqə qurub.

“Bavariya” Bundesliqada “Ayntraxt”a məğlubiyyətdən sonra noyabrın 3-də Kovaçı istefaya göndərmişdi.