Koxalskinin yeni klubu dəqiqləşdi

"Qarabağ"dan ayrılan Mateuş Koxalski karyerasını Polşada davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli qapıçı "Vyeçista"nın şərəfini qoruyacaq.

Krakovu təmsil dən klubun "Qarabağ"a 500 min avro civarında təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək idi.

2024-cü ilin yayından Ağdam klubunun formasını geyinən futbolçu, 76 oyunda meydana çıxmışdı.