"Krasnodar" həbsdən çıxan futbolçu ilə vidalaşdı
Rusiyanın “Krasnodar” klubu bir neçə gün əvvəl həbsdən çıxan futbolçusu Pavel Mamayevlə yolları ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Pavellə yaşanan vəziyyət çox ağrılı idi. Bütün normal insanlar kimi biz də bunu dərindən hiss etdik. Bu məqam azarkeşlərimizin yaddaşında qalacaq” - deyə klubun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Mamayev digər rusiyalı futbolçu Aleksandr Kokorin və onun qardaşı Kirill Kokorinlə birgə ötən il oktyabrın 11-də həbs edilmişdi. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar.