"Krasnodar" Şalimovla yolları ayırdı
"Krasnodar" klubu baş məşqçi İqor Şalimovu istefaya göndərib.
Sportline.az sport-express.ru-ya istinadən xəbər verir ki, ötən gün "Anji" ilə oyundakı xal itkisi (1-1) klub rəhbərliyinin səbrini tükədib. Bu nəticədən sonra 49 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gətiriləcək.
Qeyd edək ki, 24 oyundan 41 xal toplayan "Krasnodar" yarış cədvəlinin 5-ci pilləsindədir.